Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 24 avqust, AZƏRTAC
Xəstəxanada müalicə alan Norveç kralı V Haraldın səhhəti pisləşib.
AZƏRTAC xəbər verir ki, bu barədə bazar günü Avropa mediası Kral Sarayının bəyanatına istinadla məlumat yayıb. “Əlahəzrət Kralın səhhəti həftəsonu pisləşib. Kral bakterial qan infeksiyası səbəbindən antibiotik müalicəsi alır”, - deyə açıqlamada bildirilir. Eyni zamanda, saray onun vəziyyətinin ümumilikdə stabil olduğunu və müalicənin nəticə verdiyini də qeyd edir.
Harald V 89 yaşındadır və Avropanın ən yaşlı dövlət başçısı hesab olunur. Monarx bu həftənin əvvəlində xəstəxanaya yerləşdirilib.