Norveç məhkəməsi Rusiya gəmisini Şpitsbergendə həbs edib

03.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 sentyabr, AZƏRTAC

Norveç məhkəməsi Ukraynanın “Naftoqaz” şirkətinin müraciəti əsasında Rusiyanın “Professor Molçanov” elmi-tədqiqat gəmisini Şpitsbergendə həbs edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Şpitsbergen qubernatorunun rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, Nord-Tröms dairə məhkəməsinin qərarı ilə Barensburqda (Şpitsbergen) lövbər salmış Rusiya gəmisinə həbs qoyulub.

Qərara əsasən, Şpitsbergen qubernatorunun müvafiq qərarı verilənədək gəminin hazırkı yerini tərk etməsinə icazə verilmir. Bildirilib ki, gəminin həbsi “Naftoqaz”ın Krımdakı aktivləri ilə bağlı arbitraj qərarının icrasını təmin etmək məqsədilə görülən tədbirdir.

Qeyd edək ki, “Professor Molçanov” 2025-ci ilin iyunundan Şpitsbergenə müntəzəm yük-sərnişin reysləri həyata keçirir. Gəmi bu il mart ayında Murmanskdan arxipelaqa ilk səfərinə çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью