Norveç millisindən vikinq şousu: Azarkeşlərlə birlikdə qələbə coşqusu VİDEO

23.06.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Norveç millisi DÇ-2026-da həm nəticəsi, həm də matçdan sonrakı qeyri-adi sevinci ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, I qrupunun ikinci turunda Norveç Seneqalı 3:2 hesabı ilə məğlub edib. Bu nəticədən sonra xallarını altıya çatdıran Avropa təmsilçisi 1/16 final mərhələsinə vəsiqəni təmin edib.

Final fitindən sonra stadionda rəngarəng görüntülər yaşanıb. Norveçli futbolçular tribunadakı minlərlə azarkeşlə birlikdə ölkənin simvollarından birinə çevrilən “vikinq avarı” sevincini ediblər. Futbolçular və fanatlar eyni ritmdə avarçəkmə hərəkəti ilə qələbəni qeyd ediblər.

Qeyd edək ki, Norveç son turda Fransa ilə qarşılaşacaq. Hər iki komandanın altı xalı var və I qrupunun lideri bu matçdan sonra müəyyənləşəcək.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью