Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Norveçin futbol üzrə yığmasının baş məşqçisi Stole Solbakken 2026-cı il üçün dünya çempionatının püşkatmasını "eybəcərlər şousu" adlandırıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, məlumatı NRK yayıb. "Bu, bir növ eybəcərlər şousudur.
Sanki keçmişin ulduzlarının və öz kumirlərinizin futbol şəkilləri olan albomu vərəqləyirsən.
Deməliyəm ki, mərasim əyləncə sarıdan korluq görmədi. Xoşbəxtlikdən, bu mərhələ artıq yekunlaşdı", - S.Solbakken deyib.
Növbəti futbol üzrə dünya çempionatı 2026-cı il iyunun 11-də başlayacaq və üç ölkədə - ABŞ, Meksika və Kanadada keçiriləcək.
Turnirdə 48 milli komanda iştirak edəcək. "Cebheinfo.az" Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Ən son y