Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Norveç millisinin bir neçə futbolçusu xəstələnib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Norveç millisinin baş məşqçisi Stole Solbakken komandasında bir neçə futbolçunun xəstələndiyini açıqlayıb.
QOL.az Norveç mediasına istinadən xəbər verir ki, o, bunu İngiltərə ilə keçiriləcək 2026-cı il dünya çempionatının 1/4 final oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib.
“Yalnız Yörgenin hərarəti var. Digər bəzi futbolçularda isə öskürək və xırıltı müşahidə olunurdu. Buna kondisionerlər, uçuşlar, paltardəyişmə otaqları və digər amillər səbəb olub. Bizim heyətdə 50-dən çox insan var. Belə olan halda bir-iki nəfərin soyuqlamaması qəribə olardı”, - deyə Solbakken bildirib.
Qeyd edək ki, Norveç - İngiltərə görüşü iyulun 12-də keçiriləcək.