Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İki yük gəmisi və bir neft tankeri toqquşub
Norveç sahillərində, Alesund sahil şəhəri yaxınlığındakı bir fyordda üç böyük gəmi toqquşub. AYNA.AZ xəbər verir ki, bu barədə Norveç ictimai yayımçısı NRK məlumat yayıb.
"Xəbərdarlıq yerli vaxtla saat 01:37-də göndərilib və ərazidə genişmiqyaslı xilasetmə əməliyyatları aparılıb", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, "iki yük gəmisi və bir neft tankeri toqquşub", - deyə Møre og Romsdal Polis Dairəsinin Əməliyyatlar Meneceri Ragnvald Rasmussen bildirib.
Gəmilər Farer adaları, Hollandiya və Norveçdən gəliblər. Onlardan ən böyüyünün uzunluğu 147 metrdir. Toqquşmanın səbəbi məlum deyil.
Bütün gəmilər zədələnib və onlardan birinə su sızıb. Xəsarət alan olmayıb və təxliyə tələb edilməyib.
NRK-nın məlumatına görə, ətraf mühitə heç bir ziyan dəyməyib.
"Ekipaj üzvlərinin qanında alkoqol testləri aparıldı və hadisənin səbəblərini öyrənmək üçün insanları dindirməyə başladıq", - Rasmkussen bildirib.