Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Norveçin vəliəhd şahzadəsi Mette-Marit fahişəlik və seks ticarətinə görə məhkum edilmiş Ceffri Epşteynlə şəxsən tanış olub və onunla aktiv yazışma aparıb.
Qaynarinfo xəbər verir ki, bu barədə cinayət işi üzrə son açıqlanan sənədləri təhlil edən Norveçin VG nəşri məlumat yayıb.
Məlumata görə, şahzadə ilə Epşteyn 2011-ci ildə tanış olublar. ABŞ Ədliyyə Nazirliyi tərəfindən ötən cümə günü dərc edilən sənədlərdə vəliəhd şahzadənin adı təxminən min dəfə çəkilir. Sənədlərdən görünür ki, Mette-Marit və Epşteyn 2011–2014-cü illər ərzində intensiv yazışma aparıblar.
Mesajlardan birində Mette-Marit Epşteynə "Sən mənim təxəyyülümü oyadırsan” yazıb. Digər mesajlarda isə onu "yumşaq qəlbli” və "çox sevimli” adlandırıb. Həmin dövrdə Epşteyn artıq azyaşlını fahişəliyə cəlb etmə ittihamı üzrə günahını etiraf etmişdi.
"Düşüncəsiz davrandım və Epşteynlə ümumiyyətlə əlaqə saxladığıma görə dərin peşmançılıq hissi keçirirəm. Bu, sadəcə rüsvayçılıqdır”, deyə vəliəhd şahzadə VG nəşrinə açıqlamasında bildirib.
O əlavə edib ki, Epşteynin bütün qurbanlarına başsağlığı verir və onun necə bir insan olduğunu kifayət qədər tez dərk etmədiyinə görə təəssüflənir.
Aydın