Norveç şahzadəsinin oğlu məhkəmə qarşısında: Təcavüz, zorakılıq və narkotik ittihamları...

03.02.2026

Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Norveç vəliəhd şahzadəsi  Mette-Marit’in oğlu, 29 yaşlı Marius Borg Hoibi  Oslo’da bir qadının mənzilində baş verən zorakılıq hadisəsi ilə bağlı məhkəməyə çıxarılır.

Sitat.info xəbər verir ki, proses yeddi həftə davam edəcək və son illərin ən çox diqqət çəkən məhkəmə prosesi hesab olunur.

Hoiby 38 ayrı-ayrı ittihamla üzləşib ki, bunlar arasında cinsi təcavüz, zorakılıq və narkotik qaçaqçılığı da var. Müdafiə tərəfi Hoibinin bəzi kiçik pozuntuları etiraf etdiyini, ağır cinsi və fiziki zorakılıq ittihamlarını isə rədd etdiyini bildirib. Əgər günahkar bilinərsə, ona ən azı 10 il həbs cəzası verilə bilər.

BBC-nin xəbərinə görə, məhkəmə prosesi zamanı vəliəhd şahzadə Mette-Marit’in keçmişdə Jeffrey Epsteyn ilə əlaqələrinə dair e-poçtlar ortaya çıxıb və bu, ictimai qınağa səbəb olub.

Məhkəmə salonu və ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb, Hoibinin və zərərçəkmiş qadınların şəkillərinin yayılması qadağan edilib. Hoibi çərşənbə günü ilk dəfə ifadə verəcək.

Tehran,

Sitat.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью