Norveç Ukraynanın energetika sektoruna maliyyə ayırıb

25.11.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Norveç Ukraynanın Enerji Dəstəyi Fonduna 46,3 milyon avro vəsait ayırıb. 

525.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi Telegram kanalında məlumat yayıb.

“Norveç Ukraynanın Enerji Dəstəyi Fonduna 46,3 milyon avro məbləğində yeni maliyyə töhfəsi verib”, - məlumatda bildirilir.

Nazirlik qeyd edib ki, bununla da Norveçin Ukraynanın energetika sektoruna göstərdiyi ümumi maliyyə yardımının həcmi 255,6 milyon avroya çatıb.

Vəsaitlər ölkə üzrə enerji obyektlərinin bərpası üçün zəruri avadanlıqların satın alınmasına yönəldiləcək.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью