Norveç Ukraynanın qaz təminatına 150 mln. dollarlıq yardım paketi ayırıb

22.10.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Norveç bu qış Ukraynanın qaz təminatına 150 milyon dollar dəyərində yardım edəcək.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” səhifəsində bildirib.

Onun sözlərinə görə, bu, Norveçin bu il ərzində elan etdiyi artıq üçüncü enerji paketidir.

Zelenski Norveç tərəfindən Ukraynaya tədarük olunan Hava Hücumundan Müdafiə sistemləri və bu sistemlərin raketlərinə görə də minnətdarlığını ifadə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью