Norveç Ukraynaya yardımı 3 milyard avroya çatdıracaq

29.11.2024

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Norveç hakimiyyəti Ukraynaya yardımın 3 milyard avroya qədər artırılmasını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hökumətin saytında dərc olunan məlumatda deyilir.

"Dəstək proqramının daha üç il müddətinə uzadılması və gələn il Ukraynaya ən azı 3 milyard avro ayrılması barədə razılıq əldə olunub", - press-relizdə deyilir.

Bəyanatda həmçinin qeyd olunur ki, bu məbləğin bir hissəsi hərbi yardıma, qalan hissəsi isə humanitar və mülki yardıma ayrılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью