Norveç Ukraynaya yardımı əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır

06.03.2025

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

"Norveç Vaşinqtonun siyasətinin yaratdığı qeyri-müəyyənlik şəraitində müdafiə xərclərini və Ukraynaya yardımı əhəmiyyətli dərəcədə artırmalıdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-əistinadən xəbər verir ki, bu sözləri Krallığın baş naziri, hakim Leyboristlər Partiyasının (LP) lideri Yonas Qahr Stor bu barədə Norveç parlamentində çıxışı zamanı bildirib.

“Mən istərdim ki, parlamentdəki bütün partiyalar "Fridtjof Nansen" (Ukraynaya hərbi yardım) proqramının maliyyələşdirilməsinin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı razılığa gəlsinlər”.

Stor çıxışında Zelenskinin Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşünün nəticələrindən son dərəcə məyus olduğunu bildirib və Vaşinqtonun bir çox iddialarını əsassız adlandırıb. 

O, həmçinin Trampın Ukraynaya hərbi yardımı və Kiyevlə kəşfiyyat mübadiləsini dayandırmaq qərarından təəssüfləndiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью