Norveç və Çin arasında qalmaqal

15.10.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Norveçdə hərbçilərin iştirakı ilə baş tutan genişmiqyaslı təlimlər zamanı ciddi təhlükəsizlik insidenti qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, sentyabrın 14-dən 18-dək Osloda keçirilən hərbi təlimlər zamanı hərbçilər Çinə məxsus "Volvo" şirkətindən icarəyə götürülmüş avtomobillərin gizli videoçəkiliş apardığını və məxfi görüntüləri yaddaşda saxladığını aşkarlayıblar.

Aşkarlanan materiallarda hərbçilərin avtomobillərə minib-düşməsi, hərəkət istiqamətləri, olduqları mövqelər və hətta hərbi obyektlərin məhdud girişli ərazilərinə daxil olmaq üçün istifadə edilən təhlükəsizlik kodlarının belə qeydə alındığı müəyyənləşdirilib. pizza mizza

Təhlükəsizlik baxımından böyük risk yaratmasına baxmayaraq, sərəncamda alternativ nəqliyyat vasitələrinin olmaması səbəbindən Norveç hərbçiləri həmin avtomobillərdən istifadəni təlim müddətində davam etməli olublar. 

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью