Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Norveç Xarici İşlər Naziri Espen Bart Eyde bildirib ki, Rusiya beynəlxalq münasibətlərin əsas prinsiplərini pozub, buna görə də onun rusiyalı "həmkarı” Sergey Lavrovun ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında etdiyi çıxış paralel kainatdan gəlmiş bir bəyanat kimi görünürdü.
Qaynarinfo "European Pravda”ya istinadla xəbər verir ki, bu haqda o, Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının plenar sessiyasında deyib.
Eyde qeyd edib ki, Rusiya Helsinki Yekun Aktının prinsiplərini və BMT Nizamnaməsini pozur.
"Çünki, xanımlar və cənablar, beynəlxalq münasibətlərdə bir nömrəli qayda belədir: başqa ölkələrə müdaxilə etmə və onları işğal etmə!
Suveren bərabərliyə hörmət etməlisən. Digər dövlətlərin ərazi bütövlüyünə hörmət etməlisən.
Bu, məhz Rusiyanın etmədiyi şeylərdir”, – o vurğulayıb. Bu prinsiplər kontekstində Norveç xarici işlər naziri Lavrovun bəyanatını "paralel k
"Amma bu heç kimi aldatmayacaq. Biz, əlbəttə ki, nə baş verdiyini yaxşı bilirik. Ukrayna bu müharibəni qazanmalıdır və qazanacaq da.