Norveçdə “Holand effekti”: Erlinqin pəhrizi kök satışlarını artırıb

16.09.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Mançester Siti” və Norveç millisinin futbolçusu Erlinq Holandın qidalanma vərdişləri ölkəsində kök istehlakının artmasına təsir edib.

İdman.Biz “L'Équipe”yə istinadən xəbər verir ki, sağlam həyat tərzinə sadiqliyi ilə tanınan Holand sosial şəbəkələrdə meditasiya və ciddi yuxu rejimi də daxil olmaqla gündəlik vərdişlərini bölüşür.

Futbolçunun qidalanmasında zülal və tərəvəzlərə xüsusi yer verilir. Holand kökü əsasən çiy formada desert və ya qəlyanaltı kimi qəbul edir. Bu üsul ona əlavə şəkərdən uzaq durmağa imkan verir.

Norveç Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yay mövsümü ölkədə kök istehsalı üçün əlverişli keçib. İstehsalçılar isə satışlara “Holand effekti”nin təsir etdiyini bildiriblər.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью