Norveçdə NATO nun “Swift Response” təlimləri başlayıb

13.05.2025

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Norveçdə ABŞ-nin komandanlığı altında NATO-nun “Swift Response” təlimləri başlayıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Norveç yayım korporasiyası NRK məlumat yayıb.

Norveçlə yanaşı İsveç, Finlandiya, Latviya və Litvada keçiriləcək təlimlər çərçivəsində beş hava-desant əməliyyatı həyata keçiriləcək.

Təlimlərdə 4,1 min amerikalı hərbçi və NATO-nun 14 ölkəsindən 1,9 min hərbçi iştirak edir.

ABŞ tərəfindən təlimlərdə ölkənin kontinental hissəsindən köçürülmüş 82-ci hava-desant diviziyasının 3-cü briqadasının bölmələri iştirak edir.

Manevrin məqsədi alyans qüvvələrinin hazırlığını, Şimali Avropa və Baltik bölgələrində sürətli yerləşdirmə qabiliyyətini gücləndirməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью