Norveçdə NATO nun “Swift Response” təlimləri başlayıb

13.05.2025

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Norveçdə ABŞ-nin komandanlığı altında NATO-nun "Swift Response” təlimləri başlayıb.

Bu barədə Norveç yayım korporasiyası NRK məlumat yayıb.

Norveçlə yanaşı İsveç, Finlandiya, Latviya və Litvada keçiriləcək təlimlər çərçivəsində beş hava-desant əməliyyatı həyata keçiriləcək.

Təlimlərdə 4,1 min amerikalı hərbçi və NATO-nun 14 ölkəsindən 1,9 min hərbçi iştirak edir.

ABŞ tərəfindən təlimlərdə ölkənin kontinental hissəsindən köçürülmüş 82-ci hava-desant diviziyasının 3-cü briqadasının bölmələri iştirak edir.

Manevrin məqsədi alyans qüvvələrinin hazırlığını, Şimali Avropa və Baltik bölgələrində sürətli yerləşdirmə qabiliyyətini gücləndirməkdir.

\report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью