Norveçdə NATO nun təlimləri ziyansız ötüşmədi: 200 dən çox şikayət var

12.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Norveç Silahlı Qüvvələri 2024-cü ildə ölkədə keçirilmiş NATO təlimləri zamanı dəymiş zərərlə bağlı 213 şikayət alıb.

Oxu.Az NRK yayım korporasiyasına istinadla xəbər verir ki, Norveç hakimiyyəti hazırda şikayətlərə baxır və təzminat ödənişini yaya qədər başa çatdırmağı planlaşdırır.

Ümumi zərər 15 milyon Norveç kronu (1.3 milyon dollar) məbləğində qiymətləndirilir. Şikayətlərin çoxunu ətraf mühitin çirklənməsi, təqribən üçdə birini isə sakinlərə dəymiş maddi ziyan təşkil edir.

Qeyd edək ki, NATO-nun "Nordic Response 24" təlimləri ötən il (2024-cü il) martın 4-dən 15-dək Norveç, İsveç və Finlandiyanın şimal regionlarında keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью