Norveçdə qalmaqallı məhkəmə

02.02.2026

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xarici mətbuata istinadən xəbər verilir ki, Marius Borq Höybi dörd zorlama, keçmiş sevgilisinə qarşı məişət zorakılığı, bir neçə yol hərəkəti qaydasını pozmaq və polis əməkdaşlarını təqib etmək kimi 38 cinayətdə ittiham olunur. Günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.
“Cinayətlərin bəziləri yuxuda və ya sərxoş vəziyyətdə olan şəxslərə qarşı törədilib. Altı qadın, o cümlədən Mariusun əlaqədə olduğu iki xanım və bir kişi cinayətlərin qurbanı kimi tanınıb”, – ittiham aktında deyilir.
Marius 2020-ci ildə ayrı-ayrı zorakılıq halları, əmlaka ziyan vurma, öldürməklə hədələmə, sürət həddini aşmaq və 3,5 kiloqram marixuananın daşınması da daxil olmaqla bir sıra daha kiçik ittihamlar üzrə özünü təqsirli bilib. Bununla belə, o, cinsi zorlanma da daxil olmaqla ən ciddi ittihamları rədd edir.
Məhkəmə prosesində zərərçəkənlərin, şahidlərin və ekspertlərin ifadələri dinləniləcək. Texniki sübutlar əsas rol oynayacaq. Polis Höybinin elektron cihazlarında külli miqdarda foto və video material aşkar edib ki, onlardan bəziləri ittiham tərəfinin fikrincə, iddia olunan cinayətlərlə bağlıdır.
Məhkəmə prosesi medianın diqqətini cəlb edib. Norveçdən və digər ölkələrdən təxminən 200 jurnalistin onu izləyəcəyi gözlənilir. Kral ailəsinin nümayəndələri dinləmələrdə iştirak etməyi planlaşdırmırlar. Məhkəmə martın 19-dək davam edəcək.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью