Norveçdə Rusiyanın Professor Molçanov gəmisi həbs edilib

02.09.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nur-Troms və Senya Dairə Məhkəməsi avqustun 31-də Rusiyanın "Professor Molçanov" gəmisinin həbsi barədə qərar çıxarıb. Bu barədə Ukraynanın "Naftoqaz" şirkəti məlumat yayıb.

Həbs qərarı, Krımın işğalı zamanı aktivlərin qanunsuz mənimsənilməsinə görə Rusiyadan təxminən 4,22 milyard dollar tazminat tutulması haqqında Arbitraj Məhkəməsinin çıxardığı qərarın icrasını təmin etmək məqsədi daşıyır.

Qərara əsasən, gəmi hazırda bulunduğu məkanı — Şpitsbergen arxipelaqındakı Barentsburq limanını tərk edə bilməz. "Naftoqaz" təyin olunmuş kompensasiya tam ödənilənədək bütün dünya üzrə Rusiyaya məxsus aktivlərin axtarışını və məhkəmə yolu ilə dondurulmasını davam etdirəcəyini bəyan edib.

Gəmidə olan sərnişinlərin təxliyəsi və gələcək taleyi ilə bağlı məsələ hazırda Norveç aidiyyəti dövlət qurumları tərəfindən həll edilir.

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью