Norveçdə səhər şoku:Bağında nəhəng gəmi gördü!

23.05.2025

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Norveçin Byneset bölgəsində qeyri-adi hadisə baş verib. Johan Helberg səhər oyananda gözlərinə inana bilməyib: nəhəng 135 metrlik konteyner gəmisi birbaşa evinin həyətinə girib.

Bakupost.az "BBC"yə istinadən xəbər verir ki, gəmi səhər saat 05:00 radələrində sahilə çıxaraq Helbergin evindən cəmi bir neçə metr aralıda dayanıb. Ən maraqlısı odur ki, Helberg bu hadisəni nə səsdən, nə də titrəyişdən hiss edib – onu yalnız qonşusunun həyəcanlı zəngi oyadıb.

“Pəncərəyə baxanda nəhəng bir gəmini gördüm və inanılmaz mənzərə ilə qarşılaşdım. Başımı qaldırmadan yuxarısını görmək mümkün deyildi,” - Helberg Norveçin TV2 kanalına bildirib.

O deyib ki, gəmi cəmi beş metr daha cənuba getsəydi, birbaşa yataq otağına girəcəkdi.

Hazırda gəminin niyə istiqamətdən çıxdığı və sahilə necə çatdığı araşdırılır.

Aysel,

BakuPost



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью