Norveçdə sərnişin təyyarəsi təcili eniş edib

29.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Oslodan Amsterdama  qalxan "KLM Royal Dutch Airlines" sərnişin təyyarəsi havaya qalxdıqdan dərhal sonra təcili eniş edib. 

Bakıvaxtı.az Norveçin "NRK" yayım korporasiyasına istiandən xəbər verir ki, hadisəyə səbəb hidravlik sistemin sıradan çıxması olub.

Təyyarədə 182 nəfər olub, onlardan heç biri xəsarət almayıb.

Pilotlar nasazlıq aşkar etdikdən sonra təyyarəni Oslodan 110 kilometr cənubda yerləşən Sandefjord hava limanına endirmək qərarına gəliblər. Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxıb və otların üzərində dayanıb.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью