Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Norveçin maliyyə naziri Yens Stoltenberq işçi qüvvəsi çatışmazlığını ölkə iqtisadiyyatı üçün "ən böyük təhlükə" adlandırıb.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, o, əmək qabiliyyətli əhalinin artımının dayandığını bildirib.
Nazirin szölərinə görə, yaxın illərdə işçi qüvvəsinin sayı daha da azalmağa başlayacaq:
"Əhali artımı əsasən 75 yaşdan yuxarı insanların hesabına olacaq ki, bu, səhiyyə xidmətlərinə tələbatı artıracaq, həmin xidmətləri göstərəcək işçilər isə azalacaq. Son vaxtlara qədər Avropada ən yüksək məşğulluq göstəricilərindən birinə malik olan Norveç bu mövqeyini itirir. Hazırda 20-64 yaşarası əhalinin təxminən 80%-i işləyir. Norveç iqtisadiyyatı üçün ən böyük təhlükə işçi qüvvəsinin çatışmazlığıdır".
Gülşən Şərif