Norveçdə təxminən 400 min insan kirayə haqqını ödəməkdə çətinlik çəkir

19.11.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Stokholm, 19 noyabr, AZƏRTAC

Norveçdə əhalinin maddi vəziyyəti son ildə bir qədər yaxşılaşsa da, iqtisadi çətinliklər, xüsusən də subay insanlar və övladını təkbaşına böyüdən valideynlər üçün ciddi problem olaraq qalır.

AZƏRTAC xəbər verir ki, yaşayış şəraiti sorğusuna əsasən, gözlənilməz xərcləri ödəyə bilməyən sakinlərin nisbəti 2026-cı ildə 20,6 faizdən 18,3 faizə düşüb. Hesabları ödəməkdə çətinlik çəkən əhalinin nisbəti 2024-cü ildəki 8 faizə qarşı 6,3 faizə düşüb.

Eyni zamanda, ölkənin hər beş sakinindən biri hələ də ən azı bir zəruri maddi ehtiyacı ödəyə bilmir. Vəziyyət övladını təkbaşına böyüdən valideynlər arasında xüsusilə çətindir. Son bir ildə onların 15,3 faizi mənzil, elektrik enerjisi və ya kommunal xidmətlərin ödənişində çətinlik çəkib, 25,6 faizi isə mənzil xərclərini həddindən artıq ağır hesab edir.

Ümumilikdə, Norveçin yetkin əhalisinin 8,4 faizi və ya təxminən 388.000 nəfər yüksək mənzil xərcləri səbəbindən ciddi maliyyə çətinlikləri ilə üzləşir.

SSB qeyd edib ki, bir neçə il davam edən qiymətlər və faiz dərəcələrindən sonra norveçlilərin maliyyə vəziyyəti 2025-ci ildə bir qədər yaxşılaşıb və 2026-cı ildə sabitləşib. Lakin iqtisadi çətinlik səviyyəsi son onilliklə müqayisədə yüksək olaraq qalır.

Ekspertlərin fikrincə, mənzil çətinliyi yaşayan insanların sayının azalması əhalinin xərclərini yeni iqtisadi şəraitə uyğunlaşdırması ilə izah edilə bilər. Lakin bu, vətəndaşların maliyyə rifahının real şəkildə yaxşılaşması demək deyil.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью