Norveçdə vəliəhd şahzadəsinin oğlu zorlama ittihamı ilə saxlanıldı

20.11.2024

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Norveç vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Hoibinin zorlama hadisəsində əli olduğu iddiası ilə saxlanıldığı bildirilib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Oslo polisinin verdiyi açıqlamada Hoibinin Osloda huşunu itirmiş və hərəkətə müqavimət göstərə bilməyən birinə cinsi təcavüz etməkdə günahlandırıldığı qeyd edilib.

Zorlandığı iddia edilən qadının vəkili Hege Salomon müvəkkilinin çətin günlər keçirdiyini deyib.

Saxlanma hadisəsi ilə bağlı kral sarayından açıqlama verilməyib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью