Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Millətlər Liqasının qrup mərhələsində Norveç və Uels milli komandaları qarşılaşıb.
Redaktor.az xəbər verir ki, Norveçdə keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın ilk hissəsində komandalar fərqlənə bilməyiblər. Tərəflərin cəhdlərinə baxmayaraq, fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
İkinci hissədə isə oyunun ssenarisi dəyişib. Norveç millisinin gənc futbolçusu Antonio Nusa 59-cu dəqiqədə hesabı açıb. 66-cı dəqiqədə Oskar Bobbun əvəzinə meydana daxil olan Andreas Şelderup cəmi iki dəqiqə sonra Erlinq Halandın ötürməsini qola çevirərək fərqi artırıb – 2:0.
Uels 79-cu dəqiqədə hesab arasındakı fərqi azaldıb. Əvəzetmədən meydana çıxan Devid Bruks Harri Vilsonun ötürməsindən sonra topu rəqib qapısından keçirərək hesabı 2:1 edib.
Lakin Norveç son sözü özü deyib. Görüşün 88-ci dəqiqəsində qazanılan penaltini Erlinq Haland dəqiq yerinə yetirərək komandasının 3:1 hesablı qələbəsini rəsmiləşdirib.
Turan ASLAN