Norveçdən İsrail oyunu öncəsi təqdirəlayiq addım

22.08.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

Norveç Futbol Federasiyası, 2026 Dünya Çempionatı seçmələrində İsrail ilə keçiriləcək oyunun bilet gəlirlərinin Qəzzaya bağışlanacağını açıqlayıb.

"Ölkə.az" xəbər verir ki, Norveç Futbol Federasiyası bildirib ki, 2026 FIFA Dünya Çempionatı Avropa seçmələri I qrupunda Norveç ilə İsrail arasında keçiriləcək qarşılaşmadan əldə ediləcək bütün bilet gəlirləri humanitar yardım məqsədilə Qəzzaya göndəriləcək. Oyun 11 oktyabrda Osloda yerləşən Ullevaal Stadionunda baş tutacaq.

Məlumata görə, qarşılaşmanın bilet satışları 25 avqustda başlanacaq. Görüş isə 11 oktyabr tarixində oynanacaq.(milli.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью