Icma.az bildirir, Modern.az portalına istinadən.
Norveçin aşağıbüdcəli "Norse Atlantic" aviaşirkəti iflas üçün müraciət edəcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə Al Jazere telekanalı məlumat yayıb.
Yanacağın qiymətinin kəskin artması fonunda şirkətin Norveç bölməsi qısamüddətli maliyyə öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər vəsait cəlb edə bilməyib.
Nəşrin qeyd etdiyi kimi, "Norse" bu il iflas elan edən ikinci Avropa aviaşirkəti olub. Ondan əvvəl Latviyanın "AirBaltic" aviaşirkəti bu barədə açıqlama vermişdi.