Norveçin səfiri gəminin saxlanılmasına görə Rusiya XİN ə çağırılıb

03.09.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Norveçin Moskvadakı səfiri Heydi Olufsen Rusiyanın “Professor Molçanov” gəmisinin Norveçdə saxlanılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

525.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd edilib ki, səfirə Norveç hakimiyyətinin sentyabrın 2-də Rusiyanın Barentsburq qəsəbəsinin limanında olan gəmini həbs etməsi ilə bağlı qəti etiraz bildirilib.

Avqustun 31-də Nord-Troms və Senya dairə məhkəməsi gəminin üzərinə həbs qoyulması barədə qərar qəbul edib. Sentyabrın 2-də isə bu qərar Şpitsbergen qubernatoru Lars Fause tərəfindən icra olunub.

“Professor Molçanov” gəmisi məhkəmə və ya qubernator tərəfindən yeni qərar qəbul edilənədək Barensburq limanında qalmalıdır.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью