Norveçlə növbəti siyasi məsləhətləşmə

23.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oktyabrın 22-də Bakı şəhərində Azərbaycan və Norveç Krallığı Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Norveç nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət katibi Eivind Vad Petersson rəhbərlik edib.

Məsləhətləşmələr çərçivəsində Azərbaycan və Norveç arasında siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib və ikitərəfli dialoqun davamlılığının təmin olunmasının vacibliyi qeyd edilib.

Görüşdə ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin və qarşılıqlı fəaliyyətin, eləcə də namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldilib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью