Norveçlə oyun öncəsi İngiltərə millisində ciddi problem yaranıb

10.07.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərə futbol millisinin yarımmüdafiəçisi Deklan Rays bağırsaq infeksiyasına yoluxub.

İdman.Biz xəbər verir ki, “Arsenal”ın futbolçusu səhhətində yaranan problemə görə ardıcıl ikinci gün komandanın məşqində iştirak etməyib.

Xəstəlik Raysın daha əvvəl üzləşdiyi budun arxa hissəsi və bel nahiyəsinə təsir edən sinir mənşəli problemi də ağırlaşdırıb. İngiltərə millisinin tibbi heyəti infeksiyanın digər futbolçulara yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər görüb.

26 yaşlı yarımmüdafiəçinin DÇ-2026-nın 1/4 finalında Norveçə qarşı keçirilməsi nəzərdə tutulan oyunda iştirakı hələlik dəqiq deyil.

İngiltərə və Norveç arasında qarşılaşma iyulun 11-də ABŞ-nin Mayami şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə 01:00-da başlayacaq.

Qeyd edək ki, oxşar mənzərə Norveç millisində də yaşanır. Komandanın baş məşqçisi Stole Solbakken heyətdə qızdırma, öskürək və xırıltı hallarının olduğunu bildirib. Onun sözlərinə görə, Yorgen Strand Larsenin temperaturu qalxıb, daha sonra isə komanda daxilində oxşar simptomlar müşahidə olunub.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью