Norveçli baş məşqçi “Beşiktaş”la müqavilə bağlamaq üçün İstanbula gedir AZƏRTAC | Icma.az
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 17 yanvar, AZƏRTAC İngiltərənin "Mançester Yunayted" komandasının keçmiş baş məşqçisi Ule-Qunnar Solskyaer Türkiyə təmsilçisi “Beşiktaş”a rəhbərlik etməyə yaxındır.AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 51 yaşlı norveçli mütəxəssis müqavilənin şərtləri ilə bağlı tezliklə İstanbul şəhərinə gedəcək.
Onunla 2026-cı ilin iyununa kimi sözləşmə imzalanacağı planlaşdırılır.Xatırladaq ki, Ule-Qunnar Solskyaer 2021-ci ilin noyabrından işsizdir.
O, son olaraq İngiltərənin "Mançester Yunayted" komandasını çalışdırıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu