Norveçli forvard La Liqanın tarixinə düşdü

12.05.2025

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniya çempionatının 35-ci turunda ''Atletiko'' ''Real Sosyedad''ı qəbul etdi.
"Football-plus.az" xəbər verir ki, bu mövsüm La Liqada ən çox oyunda qapısını toxunulmaz saxlayan iki kollektivin mübarizəsində sürpriz nəticə qeydə alındı.
''Atletiko''nun 4:0 hesabı ilə parlaq qələbə qazandığı oyun Aleksander Sörlotun benefisinə çevrildi. Norveçli forvard turnirin tarixinə düşən bir performans ortaya qoydu. 29 yaşlı futbolçu 7, 10 və 11-ci dəqiqələrdə vurduğu qollarla het-trik etdi. Bu 3 qol cəmi 3 dəqiqə 57 saniyə aralığına sığışdı. Turnirin tarixində buna qədər ilk 11 dəqiqədə 3 qol vuran futbolçu olmamışdı!
Əvvəlki rekord 15-ci dəqiqə idi. Bunu 1941-ci ildə ''Valensiya''nın heyətində Mundo Suares və 1929-da ''Barselona''nın heyətində Karles Bestit bacarmışdı. ''Atletiko''nun tarixində isə buna qədər het-trik ən yaxşı halda ilk 31 dəqiqəyə təsadüf etmişdi və bu, uzaq 1946-cı ildə baş vermişdi. Maraqlıdı ki, Sörlot bu qollarla kifayətlənmədi və yarım saatın tamamında həm komandasının, həm də özünün 4-cü qolunu da vurdu. Ancaq ilk 30 dəqiqəyə 4 qol La Liqanın rekordu deyil. Artıq yuxarıda adını çəkdiyimiz ''Valensiya''lı Mundo Suares 4 qolu 20 dəqiqəyə sığışdırmışdı. Daha bir diqqətçəkən məqam odu ki, Sörlot son bir ildə La Liqa kimi çətin bir turnirdə artıq ikinci dəfə poker etdi! O, ötən il mayın 19-da ''Vilyarreal''ın heyətində ''Real'' ilə qarşılaşmada (4:4) da 4 qol vurmuşdu.
Xatırladaq ki, daha öncə 2019/20-də ''Trabzonspor''un heyətində vurduğu 24 qolla Türkiyə çempionatının bombardiri olmuş təcrübəli futbolçu ''Atletiko''da ilk mövsümünü keçirir. O, madridlilərin heyətində 47 rəsmi oyuna 21 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью