Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Mançester Siti"nin futbolçusu Oskar Bobb İngiltərə Premyer Liqasında klubunu dəyişəcək.
Apasport.az xəbər verir ki, "Fulhem" norveçli vingerin keçidini həll edib.
Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Mançester təmsilçisi London klubunun 30 milyon avroluq təklifini qəbul edib. 22 yaşlı oyunçu qısa zaman ərzində "Fulhem"lə müqavilə imzalayacaq.
Qeyd edək ki, "Mançester Siti" Oskar Bobbu 2019-cu ilin yayında "Valerenqa"nın akademiyasından transfer edib. Norveç millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol ötürməsi edib.
İspaniya millisinin vingeri London klubunda - Rəsmi “Lans”dan müdafiə xəttinə yeni transfer "Mançester Yunayted" "Everton"un futbolçusu ilə maraqlanır 45 yaşında klubunu dəyişdi “Reyncers” “Fənərbaxça”ya "yox" dedi