Norveçlilər Qarabağ neçə yer ayırıb?

06.11.2024

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ" sabah Avropa Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində Norveçdə "Budö-Qlimt"in qonağı olacaq. Sport24.az xəbər verir ki, görüşün keçiriləcəyi "Aspmira" stadionunda Ağdam klubunun azarkeşləri üçün qonaq komanda sektorunda 400 yer verilib. 

Ayrılan yerlərin minimum yarısının dolacağı gözlənilir. 

Qeyd edək ki, arenanın ümumi azarkeş tutumu 7400-dü. "Budö-Qlimt" - "Qarabağ" görüşünə Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью