Notr Dam kilsəsi beş ildən sonra açıldı

08.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Fransanın paytaxtı Parisdə restavrasiyadan sonra Notr-Dam Katedrali açılıb.

Teleqraf.com xəbər verir ki, bu münasibətlə keçirilən mərasimi "BFMTV" telekanalı yayımlayır.

Açılış şənliyi zənglərin çalınması ilə başlayıb. Bundan sonra Paris arxiyepiskopu, monsenyor Loran Ulrix kafedralın qapısını döydü - bununla da mərasim başlayıb.

Tədbir zamanı Notr-Dam kilsəsində baş vermiş yanğın və onun bərpası üçün mütəxəssislərin işindən bəhs edən sənədli film nümayiş etdirilib.

Açılışda Fransa prezidenti Emmanuel Makron və Fransanın birinci xanımı, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Ukrayna lideri Vladimir Zelenski, Almaniya prezidenti Frank-Valter Ştaynmayer və İtaliyanın baş naziri Ciorcia Meloni, Şahzadə Vilyam, ABŞ-ın birinci xanımı Cil Bayden və onun qızı, amerikalı milyarder İlon Mask iştirak edib.

2019-cu il aprelin 15-də Notr-Dam kilsəsində güclü yanğın baş veri. Hadisə nəticəsində kilsənin damının bir hissəsi uçub, həmçinin daxili hissəsi zədələnmib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью