NotrDama görə Parisdə bir çox yol bağlanacaq

07.12.2024

Icma.az, Publika.az saytına istinadən bildirir.

2019-cu ildəki yanğından sonra bərpa edilmiş Paris Müqəddəs Məryəm Kilsəsinin geniş açılış mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, tədbir gücləndirilmiş təhlükəsizlik tədbirləri altında baş tutacaq.

Paytaxtın polis prefekturasının rəisi Loran Nunyes bildirib ki, əraziyə 6 min polis və jandarma əməkdaşı cəlb olunacaq. Onlardan əlavə, yaxın ərazilərdə hərbçilər və xilasedicilər növbə çəkəcəklər.

Dekabrın 8-dək bir neçə metro stansiyası bağlanacaq. Adada və Senanın sol sahilindəki sahilyanı məhəllələrdə avtomobil hərəkəti tam dayandırılacaq. Adaya yalnız piyada getmək mümkün olacaq, kilsənin qarşısındakı meydana isə insanlar yalnız dəvətnamə ilə buraxılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью