Nottingem Forest braziliyalıya görə Brentford a 70 milyon təklif edib

23.08.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Nottingem Forest" "Brentford"un hücumçusu İqor Tiaqo üçün 70 milyon funt sterlinq təklif edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Rudi Qaletti "X" sosial media hesabında paylaşım edib.

Hücumçunun klubla müqaviləsi 2031-ci ilə qədər olsa da, o, yay "transfer pəncərəsi"nin sonuna qədər komandadan ayrıla bilər.

Qeyd edək ki, Tiaqo premyer Liqanın son mövsümündə 22 qol vuraraq, bombardirlər siyahısında yalnız Erlinq Halanddan (27) geri qalaraq ikinci yeri tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью