“Nottingem Forest” yoldaşlıq oyununda “Bayer”dən üstün olub

13.08.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərənin "Nottingem Forest" klubu ilə Almaniyanın "Bayer Leverkuzen" klubu arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun “Forest”in 2:1 hesablı qələbəsi ilə bitib.

“Nottingem”in hücumçusu Dan N'Doye hesabı dördüncü dəqiqədə açıb. “Bayer”in hücumçusu Patrik Şik 33-cü dəqiqədə bərabərlik qolunu vurub. Arno Kalimuendo 90-cı dəqiqədə “Nottingem”in qələbə qolunu vurub.

“Nottingem Forest” 2025/2026 İngiltərə Premyer Liqası mövsümünü 38 matçdan 44 xalla 16-cı yerdə başa vurub. "Bayer Leverkuzen" Bundesliqada 34 oyundan 59 xalla altıncı yeri tutuB.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью