​”Nottingem Forest”dən 20 milyonluq həmlə

30.07.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərənin “Nottingem Forest” klubu Portuqaliyanın “Famalikan” komandasından yarımmüdafiəçi Qustavo Sanın keçidini rəsmiləşdirib.

Futbolpress.az xəbər verir ki, “Transfermarkt” portalı bu keçidin dəyərini 20 milyon avro kimi qiymətləndirib. Premyer Liqa təmsilçisi 21 yaşlı portuqaliyalı futbolçunu dərhal Yunanıstanın “Olimpiakos” klubuna icarəyə verib. Yarımmüdafiəçi 2026/27 mövsümünü Pirey təmsilçisinin heyətində keçirəcək.

Qustavo Sa Portuqaliya çempionatında keçirdiyi 108 matçda 11 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью