futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İbrahim Sanqare “Nottingem Forest”lə müqaviləsini uzadıb.
Futbolpress.az xəbər verir ki, kot-d’ivuarlı yarımmüdafiəçi İngiltərə klubu ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan yeni sözləşməyə imza atıb.
2023-cü ilin sentyabrında PSV-dən “Nottingem Forest”ə keçən 28 yaşlı futbolçu bu müddət ərzində bütün turnirlərdə 77 matçda meydanda olub və 2 qolla yadda qalıb.
Qeyd edək ki, Sanqare ötən mövsüm “Nottingem Forest”in heyətində 43 oyuna çıxaraq komandanın Premyer Liqada qalmasında və Avropa Liqasının yarımfinalına yüksəlməsində böyük rol oynayıb.