Nottingem transfer çalışmalarına start verdi: Yuventus dan iki hücumçu

24.06.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Ötən mövsüm Premyer Liqanın sürpriz komandası sayılan "Nottingem Forest" transfer çalışmalarına başlayıb.
Apasport.az xəbər verir ki, klub "Yuventus"un iki futbolçusu ilə danışıqlar aparır.

Premyer Liqa təmsilçisi turinlilərdən Timoti Vea və Simo Mbanqulanı heyətinə qatmaq istəyir.

Hücumçuların hər ikisi keçidə müsbət yanaşır. Lakin tərəflər arasında razılıq əldə olunmayıb.

Klublar hələ ki, keçidin maliyyə detallarını müzakirə etməyiblər. İngiltərə təmsilçisi "qoca sinyora"dan cavab gözləyir.

Qeyd edək ki, futbolçuların "Yuventus"la müqavilələri 2028-ci ilin yayında başa çatır.

Fati bu həftə tibbi müayinədən keçəcək "Beşiktaş"da İmmobile problemi - Təzminat tələb edir “Arsenal” Qyökereşdən əl çəkmir Messiyə gözlənilməz evlilik təklifi - VİDEO "Fənərbaxça" istədi, "Yuventus" aldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью