“Nottingem”in futbolçusu komadan ayıldı

15.05.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Nottingem”in hücumçusu Tayvo Avoniyi komadan çıxıb.

QOL.az "Daily Mail"ə istinadən xəbər verir ki, oyun zamanı qarın nahiyəsindən aldığı zədəyə görə vəziyyəti pisləşən nigeriyalı futbolçu əməliyyatdan sonra komadan ayılıb.

Tayvo mayın 11-də Premyer Liqanın 36-cı turunun “Lester”lə oyununda (2:2) qapı dirəyinə dəyərək zədələnib. Bağırsağı partlayan hücumçu iki mərhələdə cərrahiyyə əməliyyatı keçirib. Bildirilib ki, hazırda onun həyatı təhlükədə deyil.

Qeyd edək ki, Avoniyi bu mövsüm bütün yarışlarda 32 matçda 2 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью