Noutbuk sifariş etdi, qutudan mərmər çıxdı

17.09.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyədə onlayn satış platformasından noutbuk sifariş edən Sinan Odak kargonu açarkən böyük şok yaşayıb.

Lent.az xəbər verir ki, onun sifariş etdiyi kompüterin əvəzinə qutudan mərmər parçaları çıxıb. Odak qutunun açılışını videoya çəkərək yaşadığı hadisəni sosial şəbəkədə paylaşıb.

Odak bildirib ki, əvvəlcə aldadıldığını belə anlamayıb. “İlk dəfə belə bir şey yaşayıram. Qutunu açanda deyirəm ki, niyə bunu kartona büküblər? Həmin an belə aldadıldığımı anlamadım”, – o deyib.

Odak qutudan çıxan mərmər parçalarını saxladığını və məsul şəxsin müəyyənləşdirilməsi üçün araşdırma aparılmasını istədiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью