Nova Kredit illik zərərini yeddi dəfə artırıb | Icma.az
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Nova Kredit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2024-cü ili ciddi maliyyə itkisi ilə başa vurub.
AzPost xəbər verir ki, audit hesabatına əsasən, ötən il BOKT-un zərəri yetmiş iki min manata çatıb.
Bu, 2023-cü ildəki on min manatlıq zərərlə müqayisədə yeddi dəfədən çox artım deməkdir.
Beləliklə, təşkilatın yığılmış ümumi zərəri səksən iki min manata yüksəlib.
Həmin dövrdə cəmi bir min manat məbləğində faiz gəliri əldə edilib.
Kreditlər üzrə ehtiyat ayrılmadığından xalis faiz gəliri də eyni məbləğdə qalıb.
Komissiya və xidmət haqlarından əldə olunan gəlirlər isə otuz yeddi min manata yaxın olub.
Tam oxu
Xəbəri oxu