Novak Cokoviç bəyəndiyi futbolçunun adını açıqlayıb

06.12.2024

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

24 qat "Böyük Dəbilqə" yarışlarının qalibi Novak Cokoviç futbol ulduzlarından kimi bəyəndiyini açıqlayıb. Sport24.az xəbər verir ki, serbiyalı tennisçi Lionel Messi və Neymar arasında seçim edib.

O, argentinalı ulduz Messiyə üstünlük verib. Cokoviç Argentinaya səfəri zamanı bu sualı cavablayıb: "Messi, əlbəttə, Messi. Amma Neymar da mənim xoşuma gəlir".

Qeyd edək ki, Novak argentinalı tennisçi Xuan-Martin Del Potronun vida matçında iştirak edib və 4:6, 5:7 hesabları ilə uduzub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью