sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Serbiyalı tennisçi Novak Cokoviç britaniyalı Endi Marrey ilə işbirliyinə son qoyduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Məşqçi Endiyə son altı ayda meydanda və meydandan kənarda gərgin işinə və göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Dostluğumuzun möhkəmlənməsindən çox zövq aldım".
Britaniyalı da Novakla bağlı fikirlərini paylaşıb: "Birlikdə işləməyə imkan yaratdığına görə Novaka təşəkkür edirəm. Onun bütün komandasına son altı ayda göstərdiyi zəhmətə görə təşəkkür edirəm. Novaka mövsümün qalan hissəsində ən yaxşısını arzulayıram".