Novak Cokoviç Monakoda karyerasının 100 cü titulu uğrunda mübarizə aparacaq

07.04.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Belqrad, 7 aprel, AZƏRTAC

Serbiyalı tennisçi Novak Cokoviç “Monte-Carlo Masters” turnirində mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, məşhur raketka ustası aprelin 13-dək davam edəcək turnirdə 10 ildən sonra Monakoda 3-cü, karyerasında isə 100-cü titul uğrunda qüvvəsini sınayacaq.

İlk dəfə 1897-ci ildə başlayan və kişi peşəkar tennisçilər arasında keçirilən turnir gil kortlarda oynanılır. Hər il aprel ayında keçirilən “Monte-Carlo Masters” təqvimin ən nüfuzlu və “ATP Tour”da doqquz “ATP Masters 1000” turnirindən biridir.

37 yaşlı Novak Cokoviç karyerasında 13 müxtəlif il ərzində rekord sayda - 428 həftə ərzində Peşəkar Tennisçilər Assosiasiyası tərəfindən kişilərin təkbətək yarışlarında dünyada 1-ci yeri tutub, 8 dəfə isə ilin sonunda ilk pillədə qərarlaşıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью