Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Novaya Gazeta" 30 ildən çox fəaliyyətdən sonra bağlanacağını elan etdi.
"Noyabrın 9-da 30 il yaşadığımız evimizin işığını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Qəzet artıq yoxdur. Rusiya hakimiyyəti və Rusiya xüsusi xidmət orqanları redaksiyanı fəaliyyəti dayandırmağa məcbur etdi", - deyə redaksiyanın bəyanatında bildirilir. Oxuməni. az xəbər verir ki, tam mətn "Novaya Gazeta"nın saytında dərc olunub.
"The Economist" yazır ki, "Novaya Gazeta" rəhbərliyinə oktyabrın 19-da Potapovski döngəsi, 19 ünvanındakı binadan çıxarılacaqları barədə məlumat verilib. Həmin vaxt nəşrin sabiq baş redaktoru Dmitri Muratov 20 il əvvəl qətlə yetirilmiş jurnalist Anna Politkovskayanın xatirəsini yad etmək üçün Parisə gedirdi.
Bir həftə sonra, oktyabrın 26-da Muratov və "Novaya Gazeta"nın hazırkı baş redaktoru Dmitri Sokolov, ofisdə dinləndiklərindən şübhələnərək, qonşu binanın zirzəmisində nəşrin əməkdaşları ilə iclas keçirdilər. Bu görüşdə qəzetin "ekstremist təşkilat" kimi tanınması və jurnalistlərin həbs olunması ehtimalına görə, qəzetin bağlanması qərarına gəldilər.
"Biz ölmədik, onlar bizi konstitusiya ilə birlikdə öldürdülər. Konstitusiyanın 29-cu maddəsinə: "Senzura qadağandır" deməyə yalnız gülmək olar", - deyə Muratov bildirib.
Qeyd etmək lazımdır ki, "Novaya Qazeta"nın ilk sayı 1 aprel 1993-cü ildə işıq üzü görüb. 2022-ci ildə nəşriyyat Roskomnadzorun iki xəbərdarlığından sonra çap nəşrini dayandırıb. 2026-cı ilin sentyabrında Rusiya Ədliyyə Nazirliyi "Novaya Qazeta"nı xarici agentlər reyestrinə əlavə edib.
Almaz Həsənli