Növbələrini gözləmədən yolayırıcına girib xaos yaratdılar 10 RR 404 və 99 K 462 VİDEO

26.05.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda qayda pozan sürücülər izləyici tərəfindən lentə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 26-da səhər saatlarında qeydə alınıb. Belə ki, 10-RR-404 dövlət nömrə nişanlı “Mercedes” markalı və 99-K-462 dövlət nömrə nişanlı “Honda” markalı motosikletin sürücüləri yolayrıcının keçilməsi qaydasını pozublar. Kadrdan da göründüyü kimi, sözügedən sürücülər nizamlanan yolayırıcında növbələrini gözləmədən hərəkət ediblər. Nəticədə onlar digər nəqliyyat vasitələrinin yolunu kəsərək qəza şəraiti yaradıblar. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью